noy 29 2020   3384 baxis
Peşəkar mühasib, AR Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahandan müvəffəqiyyətlə keçərək, peşəkar mühasib sertifikatını almış və peşəkar mühasib təşkilatının üzvü olan şəxsdir.
Peşəkar mühasib sertifikatı - şəxsin AR Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahandan müvəffəqiyyətlə keçdiyini və "Peşəkar mühasib" səviyyəsinə uyğunluğunu təsdiq edən sənəddir.
Peşəkar mühasib səviyyəsi - maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına və ya Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun tərtib edilməsi, habelə Azərbaycan Respublikasının qanunlarına əsasən vergi və digər hesabatların hazırlanması və təqdim edilməsi bacarığını təsdiq edən peşəkarlıq səviyyəsidir.
Peşəkar mühasib təşkilatı - üzvləri peşəkar mühasiblərdən ibarət olan və AR Maliyyə Nazirliyi tərəfindən akkreditasiya olunmuş qeyri-kommersiya təşkilatıdır.
Azərbaycan Respublikasında peşəkar mühasib hüququnu əldə etmək üçün aşağıdakılar tələb olunur:
Peşəkar mühasiblər malik olduqları sertifikatın növünə uyğun peşəkar mühasib xidməti göstərmək hüququ əldə edirlər
Peşəkar mühasib sertifikatının verilməsi məqsədi ilə imtahanların keçirilməsi və sertifikatların verilməsi AR Dövlət İmtahan Mərkəzi tərəfindən, peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması isə AR Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir.
Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması qaydaları AR Nazirlər Kabinetinin qəbul etdiyi Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydalara əsasən müəyyən edilir.
Peşəkar Mühasib Sertifikasiyası
Mühasibatlıq, maliyyə və IFRS sahələrində çalışanlar öz professionallıqlarını artırmaq və yeni biliklər əldə etmək üçün beynəlxalq səviyyədə tanınan sertifikasiya proqramlarında iştirak edirlər. İmtahanlardan müvəffəqiyyətlə keçən iştirakçılar beynəlxalq səviyyədə tanınan sertifikatlar və diplomlar alırlar.
Təbii ki, imtahanlara hazırlaşmaq və sertifikatlar almaq, əlavə vaxt və maliyyə vəsaiti tələb edir ki, bu da, çox vaxt bir çoxlarının narazıçılığına səbəb olur. Lakin, heç zaman insan öz bilikləri ilə kifayətlənməməli, və yeni biliklər, problemlərin həllində daha professional üsullar axtarmalıdır. İmtahanlara hazırlaşıb, onlardan müvəffəqiyyətlə keçən və beynəlxalq səviyyədə tanınan sertifikat və ya diplom sahibləri bir çox üstünlük əldə edirlər.
İlk növbədə, sertifikasiya proqramlarında iştirak edənlər yeni biliklər əldə edirlər ki, bu da onlara öz işlərini daha professional qurmağa imkan verir, və hesabatları hazırlayarkən daha tam iqtisadi düşüncə formalaşdırır. Belə ki, beynəlxalq sertifikasiya proqramlarında standartlarla birlikdə əlavə iqtisadi və maliyyə fənləri də tədris edilir.
İkincisi, beynəlxalq səviyyədə tanınan diplom, yeni iş axtarışı zamanı və əmək haqqı baxımından üstünlüklər verir. Hər bir işəgötürən sertifikat və ya diplomu olan işçidən şirkətin mühasibat və maliyyə sisteminin qurulmasında olan problemlərin professional həll edilməsini gözləyir.
Üçüncüsü, beynəlxalq sertifikat və ya diplom alanlar maliyyə və ya mühasibat peşəkar birliklərinin üzvü olmağa təklif olunurlar. Bu da ki, hər zaman onlardan hər il biliklərinin artırılmasını və yenilənməsini tələb edir. Belə bir mütəxəssis işəgötürən üçün daha qiymətli hesab edilir.
Sertifikasiya proqramını seçməzdən əvvəl, gərək bu proqramlar barədə kifayət qədər məlumat toplamaq lazımdır. Bundan sonra, siz sizin tələblərə uyğununu seçməlisiniz.
Saytın bu hissəsində sertifikasiya proqramları haqqında məlumat verilir.
Onu da qeyd etmək lazımdır ki, beynəlxalq sertifikasiya proqramlarının iştirakçılardan ciddi kvalifikasiya tələbləri vardır:
Azərbaycanda Peşəkar Mühasib Sertifikasiyası
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 nömrəli Qərarı ilə təsdiq edilmiş Peşəkar mühasib sertifikatının verilməsi qaydaları təsdiq edilmişdir. Qaydalara əsasən Azərbaycan Respublikasında peşəkar mühasib hüququnu əldə etmək üçün aşağıdakılar tələb olunur və Peşəkar Mühasib Sertifikatının (PMS) verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçiriləcəkdir:
Peşəkar mühasiblər malik olduqları sertifikatın növünə uyğun peşəkar mühasib xidməti göstərmək hüququ əldə edirlər.
Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili və imtahanların keçirilməsi Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir.
Sertifikatlaşdırma ikimərhələli imtahan vasitəsilə həyata keçirilir.
İmtahanın birinci mərhələsi mühasibat uçotu, ikinci mərhələsi isə büdcə, vergi, mülki və əmək qanunvericiliyi üzrə sualları əhatə edir.
Mühasibat uçotu sualları aşağıdakı standartlar və qaydalar üzrə tərtib edilir:
Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatını və ya Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatını əldə etmək üçün müraciət etmiş namizəd aşağıdakı sertifikatlardan hər hansı birinə malik olduğu hallarda keçiriləcək imtahanın birinci mərhələsindən azad edilir:
İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I və ya II səviyyə peşəkar mühasib sertifikatını əldə etmək üçün müraciət etmiş namizəd İctimai Sektor üçün İmtiyazlı Maliyyə və Mühasibatlıq İnstitutunun (CİPFA- Chartered Instıtute of Publıc Fınance & Accountancy) sertifikatına malik olduğu hallarda keçiriləcək imtahanın birinci mərhələsindən azad edilir.
Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatı, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatı və İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – II səviyyə peşəkar mühasib sertifikatını əldə etmək üçün imtahanın birinci və ikinci mərhələsindən ayrı-ayrılıqda 50 və ya daha çox bal toplamış namizədlər imtahandan müvəffəqiyyətlə keçmiş hesab edilirlər.
İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I səviyyə peşəkar mühasib sertifikatını əldə etmək üçün imtahanın birinci və ikinci mərhələsindən aşağıda göstərilən balları toplamış namizədlər imtahandan müvəffəqiyyətlə keçmiş hesab edilirlər:
İmtahandan müvəffəqiyyətlə keçmiş şəxslərə aşağıdakı növ sertifikatlar verilir:
Peşəkar mühasib sertifikatının qüvvədə olma müddəti beş ildir.
Peşəkar mühasib kimi fəaliyyətini davam etdirmək istəyən şəxs peşəkar mühasib sertifikatının qüvvədə olma müddətinin sonuncu ilində növbəti sertifikatı almaq üçün Mərkəz tərəfindən keçirilən imtahanlarda iştirak etməli və yenidən peşəkar mühasib sertifikatı almalıdır.
Peşəkar mühasib sertifikatı alaraq, fəaliyyətə başlayan şəxs sonradan iki dəfə eyni standart üzrə sertifikat aldıqda, sonuncu sertifikat şəxsə ömürlük verilir və həmin şəxs sertifikatda qeyd olunan standart üzrə peşəkar mühasib kimi fəaliyyətini davam etdirməsi üçün hər hansı imtahana cəlb olunmur.
Yuxarıda 1 və 2 ci bəndlərdə göstərilən sertifikatlardan birlikdə üç dəfə əldə etmiş şəxsə 1-ci bənddə göstərilən sertifikat ömürlük verilir.
Yuxarıda 3 və 4-cü bəndlərdə göstərilən sertifikatları birlikdə üç dəfə əldə etmiş şəxsə 3-cü bənddə göstərilən sertifikat ömürlük verilir.