may 1 2022
Gənc Mühasiblər İctimai Birliyinin layihəsinin icrası yekunlaşdı
Gənc Mühasiblər İctimai Birliyinin “Kiçik və Orta Sahibkarlıq mühasibləri üçün Peşəkar Mühasib Sertifikatı ilə bağlı maarifləndirici tədbirlərin təşkili” layihəsinin icrası davam edir. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.
Layihə çərçivəsində nəzərdə tutulan mühasiblərin və mütəxəssislərin iştirakı ilə peşəkar mühasib sertifikatının əldə edilməsi prosesinin təşkili, PMS-in əhəmiyyəti, PMS almağın üstünlükləri, imtahanların keçirilməsi və mövzu ilə bağlı iştirakçıları maraqlandıran digər məsələlərin müzakirə edilməsi məqsədilə Bakı şəhərində Gənc Mühasiblər İctimai Birliyinin və Dövlət İmtahan Mərkəzinin birgə təşkilatçılığı ilə 29 aprel 2022-ci il tarixində dəyirmi masa müzakirəsi təşkil olundu. Tədbirdə 60 nəfər olmaqla dövlət qurumlarının nümayəndələri, ekspertlər, mühasiblər və KİV nümayəndələri iştirak etdi. Müzakirə rəsmi çıxışlar və ekspertlərlə diskusiya, sual-cavab paneli olmaqla iki hissədən ibarət olmuşdur. Müzakirə müddətində nəzərdə tutulan mövzular üzrə mühasiblərin suallar cavablandırıldı və təkliflər irəli sürüldü. Panellər arasında çay-kofe fasiləsi verildi. Layihənin sonunda qeyd olunan təkliflər sistemləşdirilib DİM-ə təqdim ediləcəkdir.
Qeyd edək ki, layihənin müddəti 1 fevral 2022-1 may 2022-ci ili əhatə edir.