sen 25 2023   943 baxis
Gənc Mühasiblər İctimai Birliyi (GMİB) və İnternational Alliance of Professional Business Elites (İAPBE) arasında 3 avqust 2023-cü il tarixində əməkdaşlıq memorandumu imzalanıb. İAPBE-nin əsas məqsədi hər bir mütəxəssisin mühasibatlıq sahəsində öz potensialını beynəlxalq, peşəkar səviyyədə kəşf etməsinə köməklik göstərməkdir.
GMİB və İAPBE arasında əməkdaşlıq çərçivəsində ümumi mühasibatlıq, Mühasibat Uçotunun Beynəlxalq Standartları, Peşəkar Mühasib Sertifikatı hazırlıq təlimimizin iştirakçıları həm Peşəkar Mühasib Təşkilatı GMİB tərəfindən yerli diplom, həm də Böyük Britaniyanın İAPBE (Beynəlxalq Peşəkar Biznes Elitaları Alyansı) assosiasiyası İAPBE tərəfindən beynəlxaq diplom ilə təltif ediləcəkdir.
İAPBE-nin beynəlxalq diplomunun olması kadrın yüksək səviyyəli mütəxəssis olmasını bildirir.
Beynəlxalq İAPBE diplomunun olmasının üstünlükləri:
- Yüksək maaşlı və perspektivli iş imkanı;
- Yerli şirkətlərin beynəlxalq əlaqələrində xüsusi rola malik olması;
- Xarici ölkədə iş imkanı.
İAPBE sertifikatı Avropada, Asiyada, keçmiş MDB ölkələrində tanınır.
İAPBE-nin əhatə etdiyi ölkələr: İsveçrə, Almaniya, Ukrayna, Polşa, Belarusiya, Litva, Latviya, Estoniya, Slovakiya, Moldova, Çexiya, İrlandiya, İtaliya, Danimarka, İspaniya, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Tacikistan, Qırğızıstan, Hindistan, Səudiyyə Ərəbistanı, BƏƏ, Keniya, Çin, Avstraliya.
Diplomlar 3 səviyyəli verilir:
- Yeni başlayan və ya hal-hazırda fəaliyyət göstərən mühasiblər üçün həm yerli, həm beynəlxalq diplom
- Peşəkar Mühasib Sertifikatı almış Baş mühasiblər üçün beynəlxalq diplom
- Peşəkar Mühasib Sertifikatına hazırlaşan mühasiblər üçün həm yerli həm beynəlxalq diplom
Gənc Mühasiblər İB-nin İkili Diplom Proqramı ilə üzvlük haqqı ödənişsiz olacaq.
Tərəfimizdən keçirilən təlimlər:
- Ümumi Mühasibatlıq kursları
- Peşəkar Mühasib Sertifikatına hazırlıq təlimləri
- Financial Accounting təlimləri
- Mühasibat Uçotunun Beynəlxalq Standartları təlimləri
Daha ətraflı məlumat üçün bizə yaza və ya zəng edə bilərsiniz.
Bizimlə əlaqə:
📞070 931 42 41