noy 29 2020   1651 baxis
Beynəlxalq Maliyyə Hesabatları Standartları, maliyyə hesabatlarının tərtib edilmə qaydalarını müəyyən edən sənədlər (standartlar, şərhlər) toplusudur.
1973-cü ildən 2001-ci ilə kimi standartlar Beynəlxalq maliyyə hesabatları standartları Komitəsi (Board of the International Accounting Standards Committee) (IASC) tərəfindən hazırlanırdı və International Accounting Standards (IAS) adı ilə buraxılırdı. 2001-ci ildə IASC yenidən təşkil edilərək Beynəlxalq maliyyə hesabatları standartları Şurasına çevrildi (IASB). 2001-ci ilin aprel ayında IASB mövcud IAS-ləri tanıdı və yeni standartları IFRS adı altında hazırlamağa başladı.
BMHS-da milli qaydalardan fərqli olaraq standartlar prinsiplər üzərində qurulub. Bütün dünyada gəbul edilmiş prinsiplər əsasında hazırlanan müəssisələrin maliyyə hesabatları bütün dünyada başa düşülən və gəbul ediləndir. Bu səbəbdən müəssisələr xarici investisiyaları cəlb etmək istəyirlərsə, onlar mütləq öz maliyyə hesabatlarını Beynəlxəlq maliyyə hesabatları standartıarı əsasında hazırlamalıdırlar.