Gənc Mühasiblər İctimai Birliyi tərəfindən 9 dekabr 2025-ci il tarixində Bakıda, İBİS Oteldə kiçik və orta sahibkarların, dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə Forum keçirilib.
Forumun açılışında “Gənc Mühasiblər” İctimai Birliyinin icraçı direktoru Qərənfil Rəhman Süleymanova çıxış edərək tədbiri açıq elan edib və gündəlik barədə məlumat verib. Daha sonra Gənc Mühasiblər İctimai Birliyinin sədri Solmaz Əliyeva və İqtisadiyyat Nazirliyinin nümayəndəsi Mirəli Kazımov tədbirin əhəmiyyəti barədə çıxış ediblər.
⸻
1-ci Panel
Mövzu: 2025-ci ilin yekunları – Dövlət, biznes və vətəndaş cəmiyyəti sektorlarının ümumi fəaliyyəti Moderator: Solmaz Əliyeva
Mövzu: Rəqabətlilik və innovasiya: özəl sektorun 2025-ci il üzrə biznes mühiti və inkişaf prioritetləri Moderator: Mehdi Babayev
Spikerlər: • Zaur Qədirov • Kəmaləddin Quliyev • Sakit Səmədov • Emil Hüseynov • Fəridə Quluzadə • Şəmil Sadıqov
⸻
3-cü Panel
Mövzu: QHT-lərin institusional güclənməsi və sosial təsir: 2025-ci ilin nəticələri və 2026-cı il perspektivləri Moderator: Zaur İbrahimli
Spikerlər: • Ayaz Hüseynov • Fikrət Yusifov • Cəsarət Hüseynzadə • Şahin Nəsrullayev • Məleykə Əlizadə • Amin Məmmədov
⸻
Tədbirin sonunda Solmaz Əliyeva 2025-ci il üzrə Dövlət–Özəl Sektor–QHT əməkdaşlığının nəticələri, 2026-cı il üçün prioritet istiqamətlər, əməkdaşlıq imkanları və Platformanın 2026-cı il fəaliyyət planının əsas tezisləri barədə məlumat verərək Forumu yekunlaşdırıb.