Belə ki, layihənin məqsədi mühasibatlıq ixtisası üzrə təhsil almış sonuncu kurs tələbələrinin potensial kadr kimi yetişdirmək və onların məşğulluğunun təmin olunmasına dəstək göstərməkdən ibarətdir.
Bu layihə çərçivəsində ölkənin 2 şəhərində – Gəncə və Lənkəran şəhərlərində maliyyə və mühasibat uçotu sahəsində peşəkar kadrların hazırlanması, bölgələrdə hazırlanmış yüksək ixtisaslı və təlim keçmiş mühasiblərin işlə təmin olunmasına dəstək göstərilməsi üçün keçirilməsini nəzərdə tutur. Belə ki, qeyd olunan şəhərlərdən 40 nəfər olmaqla mühasibat uçotu və audit ixtisasını bitirməkdə olan sonuncu kurs tələbələ rinə təlim kursu keçmək, daha sonra onların məşğulluğunun təmin olunmasına dəstək gəstərmək əsas fəaliyyətlərdəndir.
Layihənin sonunda Gənc Mühasiblərin Karyera Forumu təşkil edilməsi nəzərdə tutulub ki, bu da 24 yanvar 2025-ci il tarixində Lənkəran şəhər Mədəniyyət Mərkəzində keçirildi. Bu Forumda dövlət və özəl müəssisələrdən, o cümlədən müxtəlif layihələr vasitəsilə əməkdaşlıq etdiyi işəgötürənlər iştirak edib. Karyera Forumunda layihə iştirakçılarının maarifləndirmə və ixtisaslaşdırılması üçün peşəkar mütəxəssislər çıxış edib, panel müzakirələri təşkil olunub.