Gənc Mühasiblər İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc Sahibkarların “Yaşıl İqtisadiyyat” Platforması” layihəsinin icrasını davam etdirir. Belə ki, Yaşıl iqtisadiyyatın və eko-sahibkarlığın gənclər arasında təbliğatını aparmaq, gənclər tərəfindən eko-sahibkarlığın xüsusiyyətlərinə biznes təşəbbüslərinin irəli sürülməsi, mümkün biznes imkanlarının müəyyən edilməsi və ətraf mühitə dəyən zərərin azaldılması naminə görülən işlərə dəstək göstərmək, bu istiqamətdə vahid platforma yaratmaq layihənin əsas məqsədidir. Bu məqsədlə Gürcüstanın paytaxtı Tiflisdə 21 dekabr 2024-cü il tarixində gənc sahibkarların, dövlət nümayəndələrinin iştirakı ilə beynəlxalq forum keçirilib. Gürcüstanda olan Peşəkar Maliyyəçilər Assosiyasiyası və Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi forumun keçirilməsində təşkilati dəstəyini göstərərək öz tərəfdaşlıq niyyətini göstərmişdir