Tədbirdə spiker qismində Gənc Mühasiblər İctimai Birliyinin sədri Solmaz Əliyeva, Destec Group-un Baş direktoru Sakit Səmədov, təlimçi və kouç Cəfər İbadov, həmçinin ACCA member Elşən Şahverdiyev iştirak edərək tələbələrlə öz təcrübələrini və karyera inkişafı ilə bağlı dəyərli fikirlərini bölüşdülər.
Tədbir çərçivəsində tələbələr spikerlərə onları maraqlandıran sualları ünvanlayaraq karyera inkişafı, peşə seçimi və əmək bazarı ilə bağlı faydalı tövsiyələr əldə etdilər.
Sonunda tədbirimizdə iştirak edərək dəyərli bilik və təcrübələrini tələbələrlə bölüşən hörmətli spikerlərimizə təşəkkürümüzü bildiririk.