Tədbirin açılışı Gənc Mühasiblər İctimai birliyinin icraçı direktoru Qərənfil Rəhmənova tərəfindən edildi. Rəsmi tərəfdaşlarımız FChain Corporation şirkətinin direktor müavini Valid Hüseynov və Kapital Bankın əməkdaşı Vüsal Axundzadə çıxış edərək öz münasibətlərini bildirdilər və tədbirin əhəmiyyətini vurğuladılar.
Daha sonra spikerlərimiz Mehdi Babayev və Anar Cabbarov vergi qanunvericiliyində edilən son dəyişikliklərlə bağlı dəyərli bilik və təcrübələrini iştirakçılarla bölüşdülər, praktiki nümunələr əsasında ətraflı izahlar təqdim etdilər.
Tədbir çərçivəsində iştirakçılar mövzu ilə bağlı suallarını ünvanladılar və aktual məsələlər geniş müzakirə olundu.
Spikerlərimizə və rəsmi tərəfdaşlarımıza təşəkkürümüzü bildirir, iştirak edən hər kəsə minnətdarlığımızı ifadə edirik.