apr 11 2022
Gənc Mühasiblər İctimai Birliyinin layihəsinin icrası davam
edir
Gənc Mühasiblər İctimai Birliyinin “Kiçik və Orta
Sahibkarlıq mühasibləri üçün Peşəkar Mühasib Sertifikatı ilə bağlı maarifləndirici
tədbirlərin təşkili” layihəsinin icrası davam edir. Layihə Azərbaycan
Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə
yardımı ilə həyata keçirilir.
Layihə çərçivəsində nəzərdə tutulan mühasiblərin və mütəxəssislərin
iştirakı ilə peşəkar mühasib sertifikatının əldə edilməsi prosesinin təşkili,
PMS-in əhəmiyyəti, PMS almağın üstünlükləri, imtahanların keçirilməsi və mövzu
ilə bağlı iştirakçıları maraqlandıran digər məsələlərin müzakirə edilməsi məqsədilə
Bakı şəhərində 1 aprel 2022-ci il tarixində növbəti 2-ci seminar təşkil olundu.
Seminarda 15 mühasib iştirak etdi. Seminara Dövlət İmtahan Mərkəzinin əməkdaşları
– DİM Ali Təhsil üzrə sektor müdiri Əlişirin Şükürov, Strateji İnkişaf Şöbəsinin
Baş Mütəxəssisi Xanlar Əmiraslanlı və PMS üzrə mütəxəssis Mirşahin Ağayev təlimçi
qismində dəvət olunmuşdur. Seminar müddətində nəzərdə tutulan mövzular üzrə mütəxəssislər
məlumat verdi və yekunda isə iştirakçı mühasiblərə maraqlı olan PMS imtahanı ilə
bağlı suallarına cavablar verildi.