sen 22 2022
Gənclər Fondunun maliyyə dəstəyi
ilə Gənc Mühasiblər İctimai Birliyi tərəfindən 25.09.2021 – 30.07.2022 tarixləri
ərzində həyata keçirilən “Gənclərin Karyera və Təcrübə Mərkəzi” adlı layihə
yekunlaşdı. Layihənin nəticəsi olaraq tədris iştirakçılarının 80%-nin işlə təmin
olunmasına dəstək göstərilib.
Qeyd edək ki, “Böyük Qayıdış”
proqramı çərçivəsində görülən işlərə töhfə vermək və Qarabağın sosial-iqtisadi
rifahının yüksəldilməsi, şəhid ailələrinin üzvləri, qazilər və müharibə
iştirakçılarının da məşğulluğunun təmin edilməsi məqsədi ilə layihə çərçivəsində
mühasibatlıq kursları təşkil edilmiş, kursu bitirən şəxslərin məşğulluğunu təmin
etmək üçün Mühasiblərin Karyera Forumu təşkil edilmişdir.