iyl 5 2022
GMİB Mühasiblərin Karyera Forumunu keçirir!
Gənc Mühasiblər İctimai Birliyinin bp və tərəfdaşlarının maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində aztəminatlı, şəhid ailəsindən olan gənclər və qazilər, müharibədə zərər çəkmiş region gənclərindən ibarət kurs keçmiş mühasiblərin, Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən layihə çərçivəsində işğaldan azad olunmuş ərazilərimizə qayıdacaq təlimçi kimi yetişdirilən gənc mühasiblərin, Dövlət Məşğulluq Agentliyinin “əməliyyatçı-mühasib” peşə hazırlığı kursu çərçivəsində mühasibatlıq üzrə kurs bitirmiş tələbələrin iştirakı ilə “Mühasiblərin Karyera Forumu” keçirilir. Bu layihələr çərçivəsində aztəminatlı, şəhid ailəsindən olan gənclər və qazilər, yeni məzun olmuş və işsiz vətəndaşlara, xüsusilə də gənclərə maliyyə, mühasibatlıq kursları keçirilməsi, onların kadr kimi yetişdirilməsi, daha sonra onların işlə təmin olunmasına dəstək göstərilməsi nəzərdə tutulmuşdur. Həmçinin, ölkənin təcrübəli kadr ehtiyatının artırılmasına dəstək olmaq məqsədilə bu sahədə təhsil alan və fəaliyyət göstərən gənc mühasiblərin bir araya toplanıb elmi və şəxsi inkişafı ilə əlaqədar bu Təcrübə Mərkəzində təcrübə qazanaraq, müxtəlif təlimlərə qoşularaq nəzəri və praktiki biliklərini gücləndirməkdir. Yekunda isə Mühasiblərin Karyera Forumunun keçirilməsi nəzərdə tutulmuşdur.
Forumda dövlət qurumları, özəl sektorun nümayəndələri, şirkətlər, maliyyə - mühasibatlıq sahəsində ekspertlər, İR üzrə mütəxəssislər, universitet nümayəndələri və layihə çərçivəsində nəzərdə tutulan təlimləri bitirmiş tələbələr iştirak edəcək. Forumda 100-ə yaxın gəncin işə qəbulu üçün şirkətlər dəvət olunacaq. Forum müxtəlif panellərdən ibarət olacaq, rəsmi hissə bitdikdən sonra şirkətlərin stendi olan panellə - əmək yarmarkası ilə davam edəcək.
Tədbirdə bütün mühasiblər iştirak edə bilər və iştirak ödənişsizdir. Qeydiyyatdan keçmək və ətraflı məlumat əldə etmək üçün saytımıza baş çəkin.
www.mkf.az