ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti (ŞVC) layihəsi çərçivəsində "QHT sektorunda tətbiq olunan Vergi, Gömrük və Hesabatlılıq Qanunlarının Yararlılığının və Uyğunluğunun Qiymətləndirilməsi" layihəsi üzrə 27 May 2021-ci il tarixində Özəl nümayəndələri dəyirmi masa müzakirəsi keçirilmişdir. Müzakirədə 50 nəfər iştirak etmişdir.
Layihənin direktoru
və Gənc Mühasiblər İctimai Birliyinin sədri Solmaz Əliyeva layihə
haqqında geniş məlumat verərək qonaqları salamlamışdır. Layihənin məqsədi,
qanunvericilik islahatlarını təşviq etməklə mühasibat uçotu və vergi
hesabatlarında şəffaflığın, həmçinin vətədaş cəmiyyəti və özəl sektor subyektləri
arasında bacarıqların və məlumatlılığın artırılmasıdır. Tədbirin moderatoru,
Bakı Mühəndislik Universitetinin “Mühasibat uçotu və audit” bölməsinin Kafedra
müdiri Firudin Sultanov layihə çərçivəsində Özəl sektor nümayəndələri ilə
həyata keçirilən sorğular haqqında məlumat vermiş, sorğular nəticəsində ortaya
çıxan müvafiq problem və təkliflərə əsasən müzakirəni başlatmışdır. Azərbaycan
Respublikası Sahibkarlar Təşkilatları Konfederasiyasının vitse-prezidenti Vüqar
Zeynalov, “Sahibkar Qadınlar” İctimai Birliyinin sədri Zenfira Ağayeva,
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Özəl Sektorun İnkişafı layihəsinin
biznes mühitinin inkişafı üzrə meneceri Elsevər Quliyev Bizcon Consulting MMC-nin direktoru Anar
Bayramov sahibkarlar və mühasiblərin problemləri haqqında müvafiq
orqanların nümayəndələrinə ətraflı məlumat vermişdirlər.
Tədbirdə Azərbaycan
Respublikasının Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin müdiri Firuzə
Abdullayeva, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət
Vergi Xidmətinin Tədris Mərkəzinin Vergi Qanunvericiliyinin Tədrisi şöbəsinin rəisi
Ülkər Kazımova, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
yanında Dövlət Vergi Xidmətinin əməkdaşları; dövlət vergi müfəttişi Ziya
Qasımlı, baş dövlət vergi müfəttişi Səməd Səmədov, böyük hüquqşünas
Eldar Mədətov iştirakçıların suallarını cavablandırmış, onlar tərəfindən gələn
təklifləri nəzərə alacaqlarını bildirmişdirlər. Həmçinin layihə çərçivəsində həm
sorğular, həm də dəyirmi masa müzakirələrindən toplanmış rəylər əsasında yekun
təkliflər planı hazırlanaraq müvafiq dövlət orqanlarına təqdim ediləcəkdir.