apr 15 2026
Rəsmi açılış mərasimində çıxış edən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva forumun “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində təşkil olunduğunu diqqətə çatdırıb, toplantıda 200-ə yaxın ictimai birliyin iştirak etdiyini qeyd edib. 2 gün keçirilən Forumda bir çox istiqamətlər əhatə edən “Azərbaycan QHT-ləri: nəticələr və hədəflər” , “Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadları” və “COP29 və Yaşıl Dünya Naminə Həmrəylik Hərəkatı” adlı panel müzakirələri təşkil olunub.
2 gün davam edən “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu” bədii hissə - konsert proqramı ilə başa çatıb. forum bitdikdən sonra QHT nümayəndələri Zəngilan məscidi ilə tanış olub.
Gənc Mühasiblər İctimai Birliyinin sədri Solmaz Əliyeva Bu Forumun iştirakçılarından biri kimi Forumu yüksək qiymətləndirir və Agentliyin fəaliyyətində daha böyük uğurlar arzulayır.