iyn 9 2021
ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən
Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti (ŞVC) layihəsi çərçivəsində "QHT
sektorunda tətbiq olunan Vergi, Gömrük və Hesabatlılıq Qanunlarının
Yararlılığının və Uyğunluğunun Qiymətləndirilməsi" layihəsi üzrə 26 May
2021-ci il tarixində QHT nümayəndələri dəyirmi masa müzakirəsi
keçirilmişdir. Müzakirədə 50 nəfər QHT nümayəndəsi iştirak etmişdir.
Layihənin direktoru
və Gənc Mühasiblər İctimai Birliyinin sədri Solmaz Əliyeva layihə
haqqında geniş məlumat verərək qonaqları salamlamışdır. Tədbirin moderatoru,
Bakı Mühəndislik Universitetinin “Mühasibat uçotu və audit” bölməsinin Kafedra
müdiri Firudin Sultanov layihə çərçivəsində QHT nümayəndələri ilə həyata
keçirilən sorğular haqqında məlumat vermiş, sorğular nəticəsində ortaya çıxan
müvafiq problem və təkliflərə əsasən müzakirəni başlatmışdır. Tədbirdə Azərbaycan
Respublikasının Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin müdiri Firuzə
Abdullayeva, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət
Vergi Xidmətinin Tədris Mərkəzinin rəisi Mirəli Kazımov, Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşları;
dövlət vergi müfəttişi Ziya Qasımlı, baş dövlət vergi müfəttişi Səməd
Səmədov və İqtisadçı-ekspert Mehdi Babayev iştirakçıların suallarını
cavablandırmış, onlar tərəfindən gələn təklifləri nəzərə alacaqlarını
bildirmişdirlər. Həmçinin layihə çərçivəsində həm sorğular, həm də dəyirmi masa
müzakirələrindən toplanmış rəylər əsasında yekun təkliflər planı hazırlanaraq
müvafiq dövlət orqanlarına təqdim ediləcəkdir.