İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin (SDC) dəstəklədiyi və BMTİP-nin həyata keçirdiyi Azərbaycanda Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması (Faza II) layihəsi çərçivəsində Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsipləri (QSGP) üzrə əldə edilmiş təcrübələrin təqdim edildiyi görüşdə iştirak edib. Bu görüşdə Gənc Mühasiblər İctimai Birliyinin sədri Solmaz Əliyeva da iştirak edib. Qəbələdə baş tutmuş tədbirdə QSGP prinsiplərinin icmalı diqqətə çatdırılıb, qadınların səlahiyyətləndirilməsi üzrə ən yaxşı korporativ təcrübələr nümayiş etdirilib, gender məsələləri və korporativ dayanıqlılıq, qadınların səlahiyyətlərinin genişləndirilməsində ticarət palatalarının rolu, QSGP imzaçı şirkətlərin təcrübəsi və prinsiplərin tətbiqi üzrə fəaliyyətlər müzakirə edilib. Öyrənilmiş dərslər, rast gəlinən müəyyən çətinliklər və gender bərabərliyinin təşviqində özəl sektorun rolu mövzusunda fikir mübadiləsinin aparıldığı tədbirin sonunda QSGP nominasiya qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.