Quba şəhərində baş tutan görüşdə Azərbaycanın müxtəlif bölgələrini, həmçinin Quba rayonunu təmsil edən 250-dən çox sahibkar iştirak edib. Tədbir təşkilatın İdarə Heyətinin sədri Cabbar Heybətovun çıxışı ilə başlayıb, o, iştirakçıları QİAD-ın hədəfləri, məqsədləri, gələcək planları barədə məlumatlandırıb.Tədbirin əsas məqsədi sahibkarların əlaqələrinin genişləndirilməsi, bölgədə iqtisadi tərəqqinin dəstəklənməsi, regionda sahibkarlığın inkişafına töhfə vermək, ticarətin artırılması, investisiyaların cəlb olunmasıdır.