okt 14 2022
Layihə Azərbaycan
Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə
yardımı ilə həyata keçirilir.
Layihənin məqsədi ölkə iqtisadiyyatına və ölkəmizdə qadınların, həm də
gənc qızların maliyyə savadlılığının artırılmasına dəstək göstərməkdir. Bu
məqsədlə Lənkəran, Masallı və Biləsuvar rayonlarında təlimlərin keçirilməsi
nəzərdə tutulur.
Ikinci təlim 13 oktyabr
2022-ci il tarixində Lənkəran şəhər Heydər Əliyev Mərkəzində baş tutmuşdur. Tədbir
GMİB-in sədri Solmaz Əliyevanın çıxışı ilə açıq elan edilmişdir. Təlimçilər
qismində Rəvan Cəfərli və Selcan Əlibəyova, ekspert qismində Qərənfil Rəhmanova
iştikrak etmişdir. Təlimdə Lənkıran şəhərində sahibkarlığa başlamaq istəyən və
sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınlar, xüsusilə də gənclər olmaqla15
nəfər iştirak etmişdir. Təlim müddətində təlimçilər tərəfindən Ağıllı büdcə, Ailə
büdcəsinin idarə olunması, Gəlir və xərclərin
planlaşdırılması, idarə olunması, Maliyyə məqsədlərinin formalaşdırılması, Yığımlar,
qənaət yolları və gözlənilməz hallar üçün fövqəladə fondun yaradılması,Borc
alma və investisiya kimi təməl maliyyə anlayışlar, Qadınların biznesdə rolu və Maliyyə
resurslarına çıxış mövzusunda geniş məlumatlandırıldılar. Təlimdə iştirakçılar,
xüsusilə də gənclər fəal iştirak etmişdir. Çay fasiləsindən sonra ikinci
sessiyada nəzəri keçirilən təlimin praktiki hissəsi təşkil edilmiş,
iştirakçılarla interaktiv oyunlar təşkil edilmiş, qaliblər kitabla
mükafatlandırmışlar.
Sonda hər bir
iştirakçıya Gənclərin Karyera və İnkişaf Mərkəzinin Lənkəran nümayəndəliyinin
direktoru Famil Məmmədovun da iştirakçılığı ilə sertifikat təqdim olunmuşdur.
Qeyd edək ki, layihə 1 sentyabr 2022-ci il tarixindən
1 noyabr 2022-ci il tarixinə qədər müddəti əhatə edir.