dek 14 2021
12 Dekabr 2021-ci il tarixində Xəzər Universitetində USAİD Özəl Sektorun İnkişafı layihəsi tərəfindən qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilmiş Gənc Mühasiblər İctimai Birliyinin “Rebranding”inin təqdimatı keçirilmişdir. Tədbirdə təqribən 35-40 nəfər iştirak etmişdir.
Tədbiri GMİB-in sədri Solmaz Əliyeva açmış, daha sonra GMİB və USAID haqqında üzvlərə və digər qonaqlara ətraflı məlumat vermiş, USAID-in təşkilatımıza göstərdiyi diqqət və inkişafı üçün ayırdığı qrantdan bəhs etmiş, onlara öz təşəkkürünü bildirmişdir.
Ardınca qrant müsabiqəsi çərçivəsində GMİB-in yenidən markalaşmış məhsulları nümayiş olunmuşdur. Tədbir iştirakçıları kofe fasiləsindən qayıtdıqdan sonra GMİB haqqında öz təəssüratlarını bölüşmüşdürlər. Sonra birliyin sədri Solmaz Əliyeva tərəfindən tədbirdə iştirak edən bütün üzvlərə hədiyyələr və üzvlük sertifikatları təqdim edilmiş, sonda xatirə şəkli çəkilmişdir.