apr 1 2021
30 Mart 2021 tarixində USAID/Azerbaijanın Özəl Sektorun İnkişafı layihəsi "Güclü Qadın Assosiasiyaları" adlı bacarıqların inkişafı prorqamı çərçivəsində ilk təlim həyata keçirilib. Proqram qadın biznesləri və peşəkar assosiasiyaların inkişafına hədəflənmiş təlimlər, fərdi məsləhətlər/mentorluq proqramlarından ibarətdir. Tədbir Azərbaycan qadın assosiasiyalarının tanınması və əlçatanlığını artırmağa yönəlmiş uğurlu məlumatlama texnikalarının inkişafına həsr edilmişdi.
"Gənc Mühasiblər" İctimai Birliyi olaraq tədbirdə əməyi olan hər kəsə təşəkkür edir, dəvət üçün minnətdarlığımızı çatdırırıq.